Türkiyə prezidenti Abdullah Gül, İtaliya prezidenti Corcio Napolitanonun dəvəti ilə həmin ölkəyə rəsmi səfər edib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, dövlət başçısını Romadakı hava limanında İtaliya Ali Təhsil Qurumu naziri Maria Kiara Karrozzanın başçılıq etdiyi nümayəndə heyəti qarşılayıb.
Səfər zamanı iqtisadi və siyasi məsələlərlə yanaşı digər mövzularda da müzakirələr aparılacaq. İtaliya səfərində Türkiyənin Avropa İttifaqına tam üzvlük məsələsi də müzakirə olunacaq.
Qeyd edək ki 2014-cü ilin son 6 ayında Aİ-na sədrlik İtaliyaya keçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB