Qabil Hüseynli: “Bunu dövlətin daxili işlərinə müdaxilə kimi dəyərləndirirəm”

Qabil Hüseynli: “Bunu dövlətin daxili işlərinə müdaxilə kimi dəyərləndirirəm”

"Hansısa səfirin təşkilat sədri ilə görüşündə onun kompitensiyasına qətiyyən daxil olmayan və dövlətçiliyə qarşı səsləndirilən hansısa fikir olubsa, bunu dövlətin daxili işlərinə müdaxilə kimi dəyərləndirirəm". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bəlkə də ABŞ səfiri Eldar Namazovla bu məsələ haqqında danışmayıb: "Bu insanın özünün təxəyülləridir. İnandırıcı görünmür ki, səfir "El" Hərəkatının siyasi partiyaya çevrilməsinə toxunsun. Əgər belə bir söhbət olsa, Azərbaycan dövləti bunu pisləyə bilər".

Politoloq onu da qeyd edib ki, Eldar Namazov təşkilatını nəyə çevirir-çevirsin 5-10 adamdan artıq heç kimi ora toplaya bilməyəcək: "Heç kim Eldar Namazov kimi siyasətdə uğur qazana bilməyən biri ilə vaxtını itirməz. Bu baxımdan, onun partiya quracağına inanmıram. Partiya yaradan adamın ən azından siyasətdə iş qabiliyyəti olmalıdır. O, ictimaiyyətə uydurma fikirlər yaymaqla çalışacaq ki, müəyyən bir ad saxlasın".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə