Rusiya Dumasının deputatı: “Qana boyanmış erməni hakimiyyəti Maydanın təkrarlanmasına yol verməz”
"Qana boyanmış erməni hakimiyyəti Maydanın təkrarlanmasına yol verməz". Bu haqda SİA-ya eksklüziv açıqlamasında Rusiya Dumasının deputatı Rafiq Qafarov Ermənistanda Ukraynadakı Maydan təhlükəsinin təkrarlanacağı ilə bağlı iddialara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistanda Maydan təhlükəsi ola bilər, lakin Maydan heç vaxt təkrarlana bilməz: "Ermənistan hakimiyyəti Ermənistanda Maydanın təkrarlanmasını birmənalı olaraq qarşısını alacaqlar. Bu nəyin bahasına olsa belə. Əgər ki, Maydan təkrarlanarsa, onda Sarkisyan rejmi bu vəziyyəti aradan qaldırmaq üçün etirazçıları sözün əsl mənasında boğacaq".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB