Hafiz Hacıyev: “Eldar Namazov satqınlar qrupuna aiddir”

Hafiz Hacıyev: “Eldar Namazov satqınlar qrupuna aiddir”

"Bir neçə gün öncə ABŞ-ın Azərbaycandakı səfirinin satqınlar şurasının üzvü Cəmil Həsənli ilə Kərimov Əlini qəbul etməsi və daha sonra ikinci satqın qrupun üzvləri Qəmbərov İsa ilə Arif Hacıyevin səfirlə görüşməsi Ukrayna məsələlərini ölkəmizdə təkrarlamaq istəyindən irəli gəlir". Bu fikirləri SİA-ya Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev müxalifətin ABŞ səfiri Riçard Morniqstarla görüşünə şərh verərkən bildirib.

Partiya sədri qeyd edib ki, Ukraynadan Milli Şuranın üzvü Mehman Əliyevə gələn mesaj və digərləri buna əyani sübutdur: "ABŞ-ın bəzi dairələrindən olan şəxslər Azərbaycanda satqın olmayan partiya sədrləri ilə görüşmək istəmirlər. Çünki bilirlər ki, onların heç bir təklifi qəbul edilməyəcək. Eldar Namazov da satqınlar qrupuna daxildir. O da müəyyən xarici dairələrdən aldığı tapşırıq əsasında fəaliyyət göstərir. Əlaltdan müəyyən çevrələrlə iş birliyinə girirlər. Azərbaycanda xarici kəşfiyata işləyən partiyalar, təşkilatlar, QHT-lər hamısı bir mərkəzdən idarə olunurlar".

Eldar Namazovun "El" Hərəkatını siyasi partiyaya çevirmək istəyinin də yeni olmadığını bildirən Masir Müsavat Partiyasının sədri qarşı tərəfin çox vaxt belə xəyallara daldığını bildirib: "O tez-tez bu xəyala dalır. 20 ildir ana müxalifət missiyasını yerinə yetirən Qəmbərov İsanın heç bir törəməsi olmadı. Ona görə də istər Eldar Namazov, istərsə də digərləri partiya yaratsa da nə dədə, nə də ana müxalifət ola bilməyəcək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə