"Hər gün Ukraynada vəziyyət daha da gəginləşir". Bu haqda SİA Ukrayna Radasının deputatı və dövlət başçısının oğlu Viktor Yanukoviçin sosial şəbəkədə yazdığı fikirlərə istinadən xəbər verir.
Onun sözlərinə görə, Ukraynada vəziyyət son dərəcə gərgindir: "Lakin bunu bəzi siyasətçilər anlamır. Avromaydanın təşkilinə görə Ukrayna hər gün böyük itkilər verir. Ən böyük zərbə isə Ukrayna iqtisadiyyatına olan zərbədir. Ölkə paytaxtı Kiyev ilkin hesablamalara görə, artıq bir neçə on milyon qrivnaya qədər zərər çəkib".
V.Yanukoviçin sözlərinə görə, əsas risk bütün ölkənin həyat fəaliyyətini təmin edən sənaye sahələrinin çiyinlərinə düşür: "Bu vəziyyət siyasətçilərdən heç birini həyəcanlandırmır. Bir sadə səbəbdən: onlar tam azad çərçivədə, şəxsi ambisiyaları və Avropa dəyərləri çərçivəsində. hərəkət edirlər".
Dövlət başçısının oğlu sonda bütün ukraynalılara müraciət edərək bildirib: "Bizdən hər biri anlamalıdır ki, heç bir başqa dövlət və ya onların ittifaqları ukraynalılara gələcəkdə daha yaxşı qayğı göstərməyəcək: "Bunu biz özümüz edəcəyik. Buna görə də, yalnız düşünərək müstəqil şəkildə mövcud böhrandan çıxışın yollarını tapmalı və saxta şüarlara və provokasiyalara təslim olmamalıyıq".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB