SİA olaraq, Cəmil Həsənliyə zəng edib müxalifət düşərgəsində son vəziyyətlə bağlı suallarımızı cavablandırmasını ondan xahiş etdik. Ancaq bütün müxalifət üçün gündəmdə olan vacib bir sualımıza cavab verə bilməyəcəyini deyən C.Həsənli, başqa bir sualımıza da "xala, xətrin qalmasın" şəklində münasibət bildirdi.
"Yeni Müsavat" qəzeti ilə "Azadlıq" qəzeti arasındakı qarşılıqlı ittihamlarla və AXCP-nin Müsavat Partiyasını Milli Şuranı dağıtmaqda ittiham etməsi ilə bağlı sualımıza C.Həsənli bu şəkildə cavab verdi: "Mən bu məsələyə qayıtmaq fikrində deyiləm. Buna münasibət bildirə bilmərəm".
Daha sonra "EL" Hərəkatının Milli Şuradan çıxmasına münasibət bildirən C.Həsənli bu məsələ ilə bağlı olan sualımızdan da dolayısı ilə yayındı: "El" Hərəkatının üzvləri Eldəniz Quliyev, Nurəddin Mustafayev, Hacı Rövşən Mill Şuranın üzvləridir. Bəziləri də fərdi qərarlar qəbul eləyib "EL" Hərəkatından çıxıblar".
Göründüyü kimi, "EL" Hərəkatının bir qurum şəklində Milli Şuradan çıxmasından C.Həsənli ya xəbərsizdir, ya da dediyimiz kimi, məqsədli şəkildə bu sualımızdan da yayındı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB