Abdullah Gül və Fransa prezidenti Türk-Fransız İş Forumuna qatılacaq
Fransa prezidenti Fransua Olland bu gün Türkiyəyə tarixi səfərə gəlir. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, tərəflər arasında keçiriləcək danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, Türkiyənin Avropa İttifaqına üzvlük danışıqları əsas mövzu olacaq.
Görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra sazişlər imzalanacağı qeyd edilib.
Gül və Ollandın Ankaradakı rəsmi görüşlərinin tamamlamasından sonra yanvarın 28-də İstanbulda Türk-Fransız İş Forumuna qatılacaqları bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB