Fazil Mustafa: “Milli Şurada mənasız proseslər gedir”

Fazil Mustafa: “Milli Şurada mənasız proseslər gedir”
Milli Şura daxilində baş verən prosesləri qiymətləndirən Böyük Quruluş Partiyasınn (BQB) sədri, millət vəkili Fazil Mustafanın sözlərinə görə, bu gün ənənəvi müxalifətdə baş verən ziddiyyətlər cəmiyyətə mənasız proses kimi görünür: "Çox mənasız proseslər gedir. Çünki Azərbaycanın ictimai-siyasi həyatına Milli Şuranın təsir imkanları artıq ortadan qalxıb. İdeyası olmayan çoxluğun hər hansı formada bir araya gəlməsi hələ güc demək deyil".

100 nəfərin mexaniki birləşərək bir araya gəlməsinin gücə çevriləcəyinə inanmadığını deyən Fazil Mustafa Milli Şurada bunun mümkün olmayacağını vurğulayıb: "Necə ki, Milli Şurada da bu mümkün olmadı. Çünki yeni ideya, düşüncə və yanaşma yoxdursa, o zaman bunun yaxşı nəticəsi də olmayacaq".

Baş verən proseslərdə Əbülfəz Elçibəyin də adının davamlı hallanması ilə razı olmadığını bildirən BQP sədri qeyd edib ki, bütün bunlar yanlış addımlardır: "Əbülfəz Elçibəyin adının tez-tez hallanması ilə bağlı da metodoloji yanaşma yanlışdır. Əvvəla, bu işdə onun adının hallanması doğru deyil. Digər tərəfdən isə onun kiməsə və hansısa situasiyada göstərdiyi münasibətə görə adamları qiymətləndirmək olmaz. Siyasət konkret fəaliyyət sahəsidir. Bu sahədə də kiminsə yanlışı və doğrusu varsa, onun təhlil olunması daha məntiqlidir".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня