"Leyla Yunusun açıqlamaları qərəzlidir və o, bunu məqsədyönlü şəkildə həyata keçirir". Bu sözləri SİA-ya Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Azay Quliyev Leyla Yunusun Azərbaycanda siyasi məhbusların olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Leyla Yunus bu mövzunu sadəcə istismar etməklə məşquldur çünki, onun yaşam tərzi elə bundan ibarətdir: "Onu məhbusların taleyi yox, öz biznesi maraqlandırır. O, bu işi biznesə çevirib. Əgər həqiqətən də məhbusların taleyi ona maraqlıdırsa, o zaman qaçqın və məcburi köçkünlərin hüquqlarını qorusun. Bu gün heç bir məhbusun Leyla Yunusun müdafiəsinə ehtiyacı yoxdur. Ölkə başçısı məhbusların ərizəsi əsasında onların işlərinə baxıb əfv etmək imkanına malikdir.
Leyla Yunus gündə bir siyahı düzəldib ortalığa atmaqla Azərbaycan haqqında mənfi fikirlər yaratmağa çalışır. Onun bu cür addımlar atması hər kəsə məlumdur. Bu cür insanlara o qədər də əhəmiyyət verilməsinin tərəfdarı deyiləm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB