Aydın Mirzəzadə: “Leyla Yunusun iddiası əsassızdır” AÇIQLAMA

Aydın Mirzəzadə: “Leyla Yunusun iddiası əsassızdır” AÇIQLAMA

"Sülh və Demokratiya İnstitutu" adlanan, qeydiyyatdan keçməmiş, radikal yönümlü QHT rəhbəri Leyla Yunus Azərbaycanda 134 "siyasi məhbusun" olduğunu elan edib. Leyla Yunusun siyasi məhbuslarla bağlı elan etdiyi siyahının dəqiqliyi böyük şübhə doğurur". SİA-nın xəbərinə görə, bu barədə millət vəkili Aydın Mirzəzadə məlumat verib.

Millət vəkilinin sözlərinə görə, 100-dən çox insan barəsində məlumat toplamaq və sistemləşdirmək bir insanın gücündə deyil: "Digər tərəfdən Leyla Yunusun bunu hansı kollektivlə və nə dərəcədə professional hüquqşünaslara tərtib etdiyi də məlum deyil və o bunu hüç zaman açıqlamır. Onun siyasi məhbus elan etdiyi insanların hansı hüquqi əsasa görə "siyasi məhbus" və "vicdan məhbusu" hesab edilməsinin özü də kifayət qədər mübahisəli məsələdir. Çünki, siyasi məhbus əqidəsinə, vicdan məhbusu isə dini baxışlarına görə həbsdə olan insanlar sayılır. Azərbaycanda isə hələ heç kim bu iki motivə görə həbs edilməyib. Ona görə də ilk baxışdan onun iddiası əsassız hesab edilir".

A.Mirzəzadə bildirib ki, məhbus məhkəmənin qərarı ilə həbs cəzası olan insanlara deyilir: "Leyla Yunus haqqında tədqiqat, istintaq gedən insanları da məhbus kimi təqdim edib. Bu isə heç bir hüquqi standartlara uyğun gəlmir. Bundan əvvəl də Leyla Yunus müəyyən siyahı tərkib etmək üçün cəhd edirdi. Sonradan isə məlum olurdu ki, bu siyahılar onun öz təşəbbüsü ilə deyil, Avropanın bəzi ölkələrini və maliyyə mənbələri şübhəli olan müəyyən fondların maliyyə sifarişi ilə tərtib olunub. Göründüyü kimi, bu artıq insanların hüququnun müdafiəsi deyil, xaricdən verilən qrantın qorunmasının müdafiəsidir. O, bir qayda olaraq Leyla Yunusun tərtib etdiyi siyahılar digər insan hüquqlarının müdafiəsi təşkilatların nümayəndələri tərəfindən etirazla qarşılanır. Onlar bu siyahının subyektiv amillər əsasında, siyasi maraqlara görə tərtib edildiyini bildirirlər. Xanım Yunus isə bu ittihamların heç birinə cavab vermir, çünki, polemikaya, şəxsi iddialarını əsaslı arqumenntlərlə müdafiə etməyə hazır deyildir".

Bütün xəbərlər Facebook səhifəmizdə