Çingiz Qənizadə: “Ermənistana qarşı qaldırılmış iddia öz müsbət həllini tapacaq"
"Çıraqovların Ermənistana qarşı məsələsi çox həssas olduğundan ehtiyatla yanaşılmalıdır. Çünki erməni tərəfi bundan sui-istifadə edə bilər". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Avropa məhkəməsində Çıraqovların Ermənistana qarşı məsələsində qərarların Azərbaycanın xeyrinə həll olunmasının nə qədər real görünməsinə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, məsələ ilə bağlı bir sıra məqamlar nəzərə alınmalıdır: "Nəzərə alınmalıdır ki, minlərlə soydaşımız Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və təcavüzkar siyasət nəticəsində doğma yurd-yuvalarından didərgin salınaraq qaçqın statusu adı altında yaşamağa məcbur ediliblər. Məhz bu faktorlar əsas götürülməklə, Çıraqovların Ermənistana qarşı qaldırılan məhkəmə iddiası və müraciətlərə müsbət qərar verilməlidir: "Əlbəttə ki, əgər Avropa Məhkəməsi bütün bu kimi məsələlərə demokratik qiymət versə Ermənistana qarşı qaldırılmış iddia öz müsbət həllini tapacaq".
Xatırladaq ki, "Çıraqovlar Ermənistana qarşı" iddiası üzrə Avropa Məhkəməsinə 2006-cı ildə müraciət edilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB