Sədaqət Vəliyeva: “YAP-ın fəaliyyəti nəinki ölkəmizin hətta, dünyanın bir çox siyasi partiyalarına nümunədir”
"Yeni Azərbaycan Partiyasının fəaliyyəti nəinki ölkəmizin hətta, dünyanın bir çox siyasi partiyalarına nümunədir. Çünki, Azərbaycanın siyasi palitrasında yeganə siyasi partiya YAP-dır ki, onun fəaliyyəti tam şəffafdır". Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Millət vəkilinin sözlərinə görə, Yeni Azərbaycan Partiyası yarandığı 22 il ərzində Azərbaycanın milli siyasi məkanına demokratik yeniliklər gətirib: "YAP elə təsis edildiyi dövrdə siyasi mübarizənin sivil metodlarını gündəmə gətirdi. Çünki, YAP-a qədər milli azadlıq hərəkatının tör-töküntüləri olan indiki radikal müxalifət partiyaları müstəqilliyimizin ilk illərində siyasi mübarizəni topla-tüfənglə aparmaqda görürdü. Amma Ümummilli lider Heydər Əliyevin rəhbərliyilə YAP siyasi mübarizənin demokratik formalarını Azərbaycan cəmiyyətinə təqdim etdi və yaranandan 6 ay sonra hakim partiyaya çevrildi".
Sədaqət Vəliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası həmçinin, Azərbaycanda müasir siyasi sistemi formalaşdırıb: "Dövlətçilik naminə, xalqın maraqları uğrunda hər zaman demokratik dəyərlərə sadiqliyini nümayiş etdirən YAP elə xalqa arxalandığından bütün siyasi proseslərdən qalib çıxıb".
YAP-ın üzvləri və xalq qarşısında hesabat verməsini bir daha alqışlayan eni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri diqqətə çatdırıb ki, milli siyasi məkanın digər partiyaları da bu addımı atmalıdır: "Bütün günü demokratiyadan, insan hüquqlarından danışan AXCP, Müsavat və digərləri bir dəfə də olsun maliyyələşmələrilə bağlı xalqa hesabat verməyiblər. Buna görə də, onların fəaliyyətin hər zaman qaranlıq məqamlar çoxluq təşkil edib. Elə anti-milli aksiyaların da onlar tərəfindən hazırlanması cəmiyyətdə həmin partiyalara qarşı arzuolunmayan mövqe formalaşır. Buna görə də, onlar ötən 21 il ərzində bütün seçkilərdən acı məğlubiyyətlə ayrılıblar".
İNTİZARƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB