Azərbaycan Prezidenti “GDF Suez” şirkətinin baş icraçı direktoru Jerar Mestrale ilə görüşüb

Azərbaycan Prezidenti “GDF Suez” şirkətinin baş icraçı direktoru Jerar Mestrale ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda "GDF Suez" şirkətinin baş icraçı direktoru Jerar Mestrale ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Fransa arasında müxtəlif sahələrdə yüksək səviyyəli əməkdaşlığın yaxşı perspektivlərinin olduğu qeyd edildi, bu əlaqələrin inkişafında "GDF Suez" şirkətinin də xüsusi rolu vurğulandı.

Söhbət zamanı "GDF Suez" şirkəti ilə "Abşeron" qaz yatağı üzrə görülən işlərdən məmnunluq ifadə olundu və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə