Azərbaycan ilə “Hewlett-Packard” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub

Azərbaycan ilə “Hewlett-Packard” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Hewlett-Packard" şirkəti idarə heyətinin üzvü xanım Ann Livermor ilə görüşüb.

Görüşdə Azərbaycan ilə "Hewlett-Packard" şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Azərbaycanda həyata keçirilən Ümumistifadəli Data Mərkəzinin və digər layihələrin icrasında "Hewlett-Packard" şirkəti ilə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə