Zahid Oruc: “Leyla Yunusun hesabatı özünün xidmət etdiyi agentura üçündür”
"Leyla Yunus kimilər xarici maraq dairələrinin əlində mühüm bir silaha çevriliblər. Həmin dairələr bu insanları müxtəlif cür mükafatlandıraraq bir növ stimul verirlər". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc hüquq müdafiəçisi Leyla Yunusun növbəti dəfə qondarma "siyasi məhbus" siyahısını ictimaiyyətə təqdim etməsi məsələsinə münasibətini bildirərkən deyib.
Zahid Oruc onu da qeyd edib ki, onun bu addımı növbəti qrant layihəsi üçündür: "250 min avrodan çox qrant layihələri fonunda Leyla Yunus özünü dünyamiqyaslı sülh carçısı, insan haqlarının müdafiəçisi kimi təqdim edir. Ona görə də Leyla Yunusun yaydığı hesabatları onun xidmət etdiyi xarici dairələrin niyyətlərinin və məqsədlərinin konteksində analiz etmək lazımdır. Onun ölkə daxilində gedən siyasi vəziyyətə heç bir aidiyyatı yoxdur".
Millət vəkili eyni zamanda qeyd edib ki, Leyla Yunus əvvəldən Azərbaycan maraqlarına xidmət etmir və ümumiyyətlə, dövlətimizin əlehinədir: "Onun ölkəmizdə çox nadir hallarda görünməsi də bu səbəblərə bağlıdır. Bu şəxs agentura mərkəzləri ilə yaxından iş birliyində fəaliyyət göstərməyə meyillidir. Xidmətini sataraq müyyən vəsait hesabına yaşayır".
Zahid Oruc onu da vurğulayıb ki, cənab Prezident Brüsselə işgüzar səfəri zamanı siyasi məhbus məsələsinə toxunarkən bəyan etdi ki, Avropa Şurasının Parlament Assambleyasında aparılan müzakirələrdə siyasi məhbus məsələsinə nöqtə qoyulub: "İndi yenidən məsələni gündəmə gətirmək doğru deyil. Leyla Yunusun ölkə əleyhinə verdiyi qiymətlər hüquqi xarakterdə deyil, sırf özünün xidmət etdiyi agentura mərkəzlərinin işi üçündür".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB