Elmar Məmmədyarov Parisə yola düşüb

Elmar Məmmədyarov Parisə yola düşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın paytaxtı Parisə yola düşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.

Qeyd edək ki, sabah E. Məmmədyarovun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərdə tutulub. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair müzakirələr davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə