Ermənilər ATƏT nümayəndələrini atəşə tutdu

Ermənilər ATƏT nümayəndələrini atəşə tutdu

ATƏT nümayəndələri cəbhədə monitorinq zamanı ermənilər tərəfindən atəşə tutulub. Bu barədə SİA-ya Müdafiə Nazirlıiyindən məlumat verilib.

Məlumata görə, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq başa çatdıqdan dərhal sonra, bu istiqamətdə yerləşən bölmələrimiz və monitorinq iştirakçıları düşmən tərəfindən atəşə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə