"2014-cü ildə Ermənistanın hərbi texnikası sıradan çıxarılmalıdır"
Bu gün Siyasi İnnovasiya və Texnalogiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarbağ münaqişəsinə həsr edilən mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, mətbuat konfransda 2014-cü ildə Azərbaycanın müaqişənin həlli ilə bağlı atacağı addımlar, ölkəmizin NATO ilə münasibətləri və digər məsələlər müzakirə edilib.
İlk növbədə ölkə başçısının Belçikaya səfərini şərh edən politoloq vurğulayıb ki, son illərdə formalaşmış ənənələrə əsasən Azərbaycan Prezidenti ilin ilk səfərini Davos forumuna edirdi, lakim 2014-cü ildə bu ənənə pozuldu: "Prezident ilk olaraq NATO-ya səfər etdi. NATO hərbi-siyasi təşkilatdır. Belə başa düşmək olar ki, 2014-cü il Azərbaycan üçün iqtisadi ildən daha çox hərbi siyasi ildir. NATO ilə məsləhətləşmələr Azərbaycan üçün çox vacibdir. NATO baş katibi Azərbaycan Prezidenti ilə keçirdiyi mətbuat konfransında 5 dəfə "sadiq" kəlməsini işlədib. Rasmussen Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu "həyati zəruri" termini ilə ifadə edib.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü (Dağlıq Qarabağ daxil olmaqla) tanıyan NATO ilə əlaqələri kəsmək əvəzinə əməkdaşlığa can atır. Bu sahədə NATO presedent yaradıb. RF və KTMT-də Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi bəyan etməklə yanaşı Ermənistanla indiki səviyyədə əməkdaşlıq edə bilərlər. Ermənistan RF və KTMT ilə əməkdaşlıqdan imtina etməyəcək, çünki NATO presedenti var".
Konfransda son günlər Ermənistanın ölkəmizə qarşı təxribat xarakterli addımlarına toxunan M.Əhmədoğlu söyləyib ki, ermənilər 2014-cü ilin əvvəlindən qoşunların təmas xəttində Azərbaycan hərbçilərin aktivliyini qeydə alıblar və ona görə də ölkəmizə qarşı təxribat xarakterli addımlarla fikirləri yayındırmağa çalışırlar:" İl başlanandan ölkəmizdə siyasi proseslər kənarda qalıb daha çox hərbi proseslərdə intensivlik müşahidə olunur. Bütun bunlar düşmən tərəfi həyacanlandırır".
M.Əhmədoğlu həmçinin qeyd edib ki, Ermənistan iqtisadiyyatının geriləməsi prosesini sürətləndirmək üçün ən mühüm amillərdən biri Ermənistanın hərbi texnikasını sıradan çıxarmaqdır: "Bu il Azərbaycan bu yola getməlidir. Hərbi texnikası məhv edilmiş Ermənistan yenidən hərbi texnika almağa pul xərcləməli olacaq. Bu da Ermənistanın iqtisadiyyatının çökməsi deməkdir. RF-in Ermənistana havayı hərbi texnika verməsi barədə deyilənlər cəfəngiyyatdır. Ermənistan RF-dan hərbi texnika alsa, borca düşəcək. Ermənistanın ağır hərbi texnikasının sıradan çıxarılması müharibə kimi dəyərləndirilə bilməz. Müharibə isə çox realdır, amma bu müharibənin 1941-45-ci il müharibəsinə bənzətmək də səhvdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB