Eldəniz Quliyev: “Hacıbaba Əzimovun xislətində pislik var”

Eldəniz Quliyev: “Hacıbaba Əzimovun xislətində pislik var”

"Əlimdə həqiqətən də əsaslı və sarsıldıcı faktlar var. Lakin mən hələlik bunları açmaq istəmirəm. Qarşı tərəfə də xəbərdarlıq edirəm ki, yalanlarını durdursun". Bu fikirləri SİA-ya açıqlamasında "El" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMP) sədri Hacıbaba Əzimovun "Mehdibəy Səfərov və "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev separatçıdır" fikrinə münasibət bildirərkən söyləyib.

Eldəniz Quliyev sözügedən ittihamlarla bağlı onu da bildirib ki, onda Hacıbaba Əzimov haqqında, ümumiyyətlə, onun barəsində çox pis rəy formalaşıb və buna əsasən də Hacıbaba Əzimovu pis xislətə sahib olan insan kimi tanıyır: "Hacıbaba Əzimovun xislətində pislik var. O, qalmaqalı sevən insandır".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə