ÜGT-nin 1-ci konfransı işini davam etdirir FOTO

ÜGT-nin 1-ci konfransı işini davam etdirir FOTO

Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə Milli Tədris Mərkəzləri Rəhbərlərinin 1-ci Konfransı öz işini davam etdirir. SİA-nın məlumatına görə, konfransda Azərbaycan da daxil olmaqla, 42 iştirakçı və 5 müşahidəçi ölkənin, bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edir. Konfrans üç gün davam edəcək. Bu gün konfransın növbəti sessiyasında "Gömrük tədrisində innovasiyalar" mövzusunda milli gömrük tədrisində innovativ öyrənmə metodları və Milli Tədris Mərkəzləri arasında yeni tədris alətlərini paylaşmaq yolları, "Milli Tədris Mərkəzləri: regionlaşma və tərəfdaşlıq" mövzusunda ÜGT-nin regional strukturları və onların gömrük tədrisinin əlaqələndirilməsi və tədrisin inkişafı sahəsində Milli Tədris Mərkəzləri ilə əməkdaşlığı, tərəfdaş Milli Tədris Mərkəzləri ilə birgə təlim kurslarının təşkilində milli təcrübə və tərəfdaşlıqlar yolu ilə gömrüyün tədrisi məsələlərinə dair təqdimatlar keçiriləcək.

Həmin gün üçüncü sessiyada keçiriləcək və "Gömrük tədrisi üçün ümumi yanaşmanın yaradılması: milli gömrük tədris diaqnostik aləti üçün elementlər" mövzusunda məruzə dinləniləcək.

Daha sonra tədbir iştirakçıları ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinə, həmçinin ÜGT-nin Regional Tədris Mərkəzinə ziyarət edəcəklər. Konfransın sonuncu günü, yanvarın 24-də isə üçüncü sessiyanın davamı olaraq Avropada gömrük tədrisi sahəsində əməkdaşlığın gücləndirilməsi üçün təkliflər nəzərdən keçiriləcək və bununla da tədbirə yekun vurulacaq

Bütün xəbərlər Facebook səhifəmizdə