Suriyadakı vətəndaş müharibəsini başa çatdırmağı məqsəd götürən Cenevrə-2 konfransı mətbuat toplantısı ilə başa çatıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, BMT Baş katibi Pan Gi Mun, Suriyada son üç ilin qətliamlar, kimyəvi hücumlar, qaçırma hadisələri, işgəncələr və ölümlərlə keçdiyini, artıq bunların başa çatdırılmasının vacib olduğunu müzakirələrin vaxtının gəlib çatdığını bildirib.
ABŞ dövlət katibi Con Kerri Montre şəhərində keçirilən mətbuat toplantısında, Cenevrə-2 konfransının çətin və mürəkkəb bir prosesin başlanışı olduğunu ifadə edib.
"Terrorçular üçün əsas maqnit Bəşər Əsədin özüdür"- deyə, Kerri bildirib. Kerri, Bəşər Əsədin legitimliyini itirməsini vurğulayaraq, Əsədin Suriyada keçid hökumətinin formalaşdırılmasında iştirakının yolverilməz olduğunu qeyd edib.
Con Kerri. Konfransın gerçəkləşməsi üçün Türkiyənin indiyə qədər təmin etdiyi dəstəklərə görə də təşəkkür edib.
İndi BMT və Ərəb Birliyinin Suriya üzrə xüsusi nümayəndəsi Əl Ahdar əl-İbrahimi rəhbərliyində suriyalı tərəflərin sabah keçirəcəyi toplantı ictimaiyyətin diqqət mərkəzindədir. BMT Baş katibi Pan Gi Mun, suriyalı tərəflərə "bir masa ətrafında oturub gələcəyinizi müzakirə edin" mesajını çatdırdığını deyib.
Suriyada yaşanan qanlı toqquşmalardan sonra, tərəflərin bir yerdə oturmasının asan olmayacağını dilə gətirin Baş katib, müzakirələrin vaxtının gəlib çatdığını qeyd edib. İbrahimi, iki tərəflə də necə sürətli bir irəliləyiş əldə edilə biləcəyini müəyyənləşdirmək məqsədilə toplantıdan öncə ayrı-ayrı görüşəcəyini bildirib.
Suriya Müxalif və İnqilabçı Koalisiyanın sədri Əhməd Cabra, Suriyada məsələnin həlli üçün mövcud fürsətin dəyərləndirilməsinin vacibliyini dilə gətirib.
Konfransın bağlanış iclasında çıxış edən Əl Cabra, Türkiyəyə verdiyi dəstəyə görə təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB