“Ermənistanın addımlarının arxasında iki məqsəd dayanır” AÇIQLAMA
"Ermənistanın iqtisadiyyatı, mənəviyyatı da, sosial həyatı bərbad gündədir. Əhali bir-birini didib-dağıtmaq, mitinqlərlə məşğuldur. Bu vəziyyətdə Ermənistanın əlindən pislik etməkdən başqa heç nə gəlmir". Bu sözləri SİA-ya politoloq Mübariz Əhmədoğlu Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli addımlar atmasının səbəbləri haqqında danışarkən deyib.
Onun sözlərinə görə, 2014-cü il yeni başlamasına baxmayaraq ölkəmizdə hərbi sahədə mühüm proseslər gedir və Ermənistan tərəfi də bunu görməkdədir: "23 gün ərzində Azərbaycanda hərbi sahədə hədsiz dərəcədə aktivləşmə var. Belə ki ölkəmizin müdafiə naziri Naxçıvana səfərə gedib və orada hərbi hissələrdə olub. Nazir oradan Gəncəyə, daha sonra Fransaya səfər edib ki, bu səfər nəticəsində də iki ölkə arasında hərbi-texniki əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Bundan əlavə nazir müavini Qarabağda qoşunların təmas xəttində yerləşən hərbi hissələrimizdə yoxlama aparıb. Türkiyə hərbçiləri ölkəmizə səfər gəlib. Bu kimi hərbi prosesləri görən Ermənistan özü də etiraf edir ki, Azərbaycanda hərbçilər aktivləşib. Ermənistan bu proseslərdən nəticə çıxarmağa başlayır".
M.Əhmədoğlu söyləyib ki, son günlər Ermənistanın təxribat xarakterli addımlar artmasının arxasında iki məqsəd dayanır: "Birinci məqsəd bu günlərdə baş tutacaq xarici işlər nazirləri, daha sonra prezidentlərin görüşünü pozmaqdır. Danışıqlar elə mərhələyə gəlib çatıb ki, Ermənistan nəyəsə razılıq verməlidir. Artıq onların danışıqlar stolunun arxasında immitasiya etmək imkanı tükənib. Bu səbəbdən də Ermənistan bu cür təxribatlarla danışıqları pozmağa çalışır. İkinci məqsəd isə insanların fikrini sosial problemlərdən uzaqlaşdırmaqdır. Hərbi aktivliyin Ermənistan üçün çox mühüm əhəmiyyəti var. Bu, daxili məsələlərlə bağlıdır. Bilirsiniz ki, bu ayın 18-də Ermənistanda mitinq keçirilib və növbəti mitinq élan olunub. Elə bu səbəbdən də Sarkisyan ailənin bir övladı olan kiçik çavuşu öldürməklə çox gözəl piar qurdu. Hazırda bütün Ermənistanın diqqəti bu hadisəyə yönəlib, sosial dərtləri, aclıqları və digər problemləri yadlarından çıxıb. Ona görə də düşünürəm ki, Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli addımları bundan sonra da davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB