Nurəddin Məmmədli: “Sərçə ovlamaqda davam edəcəyik”

Nurəddin Məmmədli: “Sərçə ovlamaqda davam edəcəyik”
AXCP sədrinin müavini Nurəddin Məmmədli Müsavat Partiyasını və "Yeni Müsavat" qəzetinə yönəlik ittihamla çıxış edib. SİA xəbər verir ki, Cəbhə yetkilisi iddia edib ki, əslində, AXCP baş verən münaqişəyə son qoymaq üçün təşəbbüs göstərib: "AXCP-nin Müsavat Partiyası və "Yeni Müsavat" qəzeti ilə Milli Şura ətrafında baş verənlərə görə davam edən munaqişəyə son qoymaqla bağlı xeyirxah addımına "Yeni Müsavat" qəzeti çox aqressiv və yalan bir tonda reaksiya verib".

Müsavat tərəfinin cəbhəçilərdən qorxaraq geri çəkilməsi iddialarına da münasibətini açıqlayarkən, Nurəddin Məmmədli qeyd edib ki, artıq cəmiyyət bu olaylar haqqında hər şeyi bilir: "Yeni Musavat" bu cür ritorikani davam etdirsə, sərcə ovlamaqda davam edəcəyik".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня