Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində 1990-cı il 20 Yanvar faciəsinin 24-cü ildönümünü anma mərasimi təşkil edilib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mərasimdə İranın dövlət və hökumət üzvləri, Tehrandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri, İranda təhsil alan azərbaycanlı və xarici tələbələr iştirak ediblər.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov mərasimdə çıxış edərək, 20 Yanvar faciəsinin başvermə səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat verib.
Səfir bildirib ki, bu cinayətin törədilməsində məqsəd Azərbaycan xalqının mübarizə əzmini qırmaq olub. Lakin hərbi təcavüzün ağır fəsadlarına baxmayaraq, Azərbaycan xalqı amansız düşmənə boyun əyməyib, mübarizə əzmini daha da gücləndirib.
Həmçinin səfir vurğulayıb ki, 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq təfəkkürünün təkmilləşdirilməsində xüsusi yeri vardır.
Səfir Cavanşir Axundov o zaman Moskvada güclü nəzarət və təzyiq altında olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hadisədən dərhal sonra öz həyatını təhlükəyə ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi, orada dünyanın nüfuzlu kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirərək baş verən hadisəni şiddətlə qınaması, cinayətkarların cəzalandırılması tələbi ilə çıxış etməsi, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırması və onları Azərbaycanın səsinə səs verməyə çağırması barədə iştirakçılara məlumat verib.
Mərasimdə o zaman Bakıda İİR Səfirliyində çalışan, hazırda İran İslam Respublikası Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 3-cü idarəsinin rəis müavini Bağban Kondori, İİR Ekologiya Nazirliyinin müşaviri, Dünya Dinlər Araşdırma Mərkəzinin üzvü Əli Əşrəf Moctəhed Şəbüstəri, Tehran Universitetində fars ədəbiyyatı üzrə doktorantı Mamadu Seydi Lamine faciə ilə bağlı öz fikirlərini bölüşüblər.
Tədbir iştirakçıları 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən kitab, jurnal, buklet və qəzetlərdən ibarət guşə ilə tanış olublar.
Tədbirlə bağlı İran KİV-də məqalələr dərc edilib:
http://mehrnews.com/detail/Photo/2217987#ad-image-11,
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB