Sədaqət Vəliyeva: "20 Yanvar xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsidir"
"20 Yanvar xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsidir". Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, hər il 20 yanvar tarixini faciə günü kimi qeyd etsək də, həmin günü daha çox qəhrəmanlıq səlnaməsi tək xatırlayırıq.
"Məlumdur ki, qəddar keçmiş Sovet rəhbərliyi Azərbaycan xalqının azadlıq mübarizəsi ruhunu qırmaq üçün müxtəlif yerlərdən gətirilmiş, xüsusi şəkildə silahlandırılmış muzdlu qüvvələrini Bakıya yeritdi. Yanvarın 19-dan 20-nə keçən gecə 131 günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirdilər, 700-dən artığını yaraladılar, 800-dən çoxunu həbs etdilər. Lakin imperialistlərin bu cür qanlı aksiyaları azərbaycanlıların mübarizliyini nəinki qırmadı, hətta, daha da gücləndirdi" - deyə Sədaqət Vəliyeva əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB