"Müsavat Partiyasının hakimiyyətə meyllənməsini hansı əsasla deyirlər?! Bunu anlamıram. Bu fikirləri söyləyənlər gözlərini həkimə göstərsinlər". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı "Azadlıq" qəzetində Müsavat Partiyasının hakimiyyətin tapşırıqlarını icra etməsi və bunun müxalifətə zərbə vurması ilə bağlı dərc olunmuş məqaləyə münasibət bildirərkən söyləyib. Tural Abbaslı həmçinin bildirib ki, Müsavat partiyası deyil, ona bu ittihamları söyləyənlərin özləri müxalifətə zərbə vururlar.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB