2014-cü ildə Türkiyə dövləti qırıcı təyyarə istehsal edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə Aviasiya və Kosmos Sənayesi AŞ-in (TÜSAŞ) müdiri Özcan Ertəm yerli istehsal olan yeni qırıcı təyyarələrə "FX" adı veriləcəyini bildirib.
O bildirib ki, iki ildir FX-lərin hazırlanması prosesinə başlanılıb: "Türkiyənin ilk qırıcı təyyarəsinin istehsalı 2014-cü ildə başa çatacaq. 2014-cü ildə hədəfimiz müqavilə imzalamaq və təyyarələri dünyaya satmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB