Mustafa Hacıbəyli: “Rüstəm İbrahimbəyovun fikirləri böhtandır” AÇIQLAMA
Milli Şuranın "fəxri sədr"lik postunda saxlanılan Rüstəm İbrahimbəyovun Müsavat Partiyasını hakimiyyətlə iş birliyinə getməkdə ittiham etməsi və onun "Milli Şuradan çıxmaq Müsavata hakimiyyətlə yaxınlaşmaq üçün lazım idi" iddiası qarşı tərəfin kəskin narazılığına səbəb olub. Müsavat Partiyası başqanın müşaviri, partiya Məclisinin üzvü Mustafa Hacıbəyli sözügedən ittihamla bağlı SİA-ya verdiyi açıqlamasında qeyd edib ki, onun iddiaları əsassız böhtandır: "Bütün bunlar əsassızdır və böhtandır. Biz Müsavat Partiyası olaraq əsası olmayan fikirlərə, böhtanlara münasibət bildirmirik və buna ehtiyac da duymuruq".
Partiya funksioneri Müsavat Partiyasının AXCP-nin və bu partiyaya yaxınlığı ilə seçilən ayrı-ayrı fərdlərin çıxışlarına cavab verməmək moratoriumunun da aradan qaldırılacağını istisna etməyib: "Yəqin ki, Müsavat Partiyası morotorium aradan qaldırmağa məcbur olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB