Rauf Arifoğlu: “İttihamlar cavabsız qalmayacaq”

Rauf Arifoğlu: “İttihamlar cavabsız qalmayacaq”

"Son günlər AXCP təmsilçilərinin Müsavat Partiyası yetkililərinə qarşı səsləndirdikləri ittihamlar cavabsız qalmayacaq". Bu fikrləri SİA-ya açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

Baş redkatorun sözlərinə görə, hələlik Müsavat Partiyası onları məhkəməyə verməyi düşünmür: "Amma bu o demək deyil ki, bunların bizə qarşı irəli sürdükləri ittihamları məhkəmə instansiyalarına qədər gedib çıxmayacaq".

Qeyd edək ki, Müsavat Partiyası bir müddət bundan öncə AXCP təmsilçilərinin partiyaya qarşı irəli sürdükləri ittihamlara cavab verməmək haqqında moratorium qoyduğunu bəyan etmişdi. Lakin qarşı tərəf bunu dəyərləndirməyərək Müsavata qarşı hücumlarını artırmağa başlayıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə