Gültəkin Hacıbəyli AXCP-nin tərəfində dayandı

“Cəmil Həsənli niyə bu prosesdən çəkilməli idi?”
Gültəkin Hacıbəyli AXCP-nin tərəfində dayandı

Müsavat Partiyasının funksioneri İkram İsrafilin Milli Şuranın sədri Cəmil Həsənlinin prezident seçkilərindən sonra kənara çəkilməli olduğunu iddia etməsinə Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəylidən reaksiya verilib. SİA-nın məlumatına görə, Gültəkin Hacıbəyli "facebook" səhifəsində AXCP-nin mövqeyini müdafiə edərək müsavatçı funksionerin iddialarına cavab yazıb: "Üzərinə düşən missiyanı yerinə yetirən Cəmil Həsənli niyə bu prosesdən çəkilməli idi?".

Xatırladaq ki, Cəmil Həsənli Milli Şuranın 16 yanvar sessiyasında Milli Şuraya qarşı yönələn "qara-piar" haqda danışarkən bildirmişdi ki, Milli Şuraya qarşı əsas dağıdıcılıq və pozuculuq işini "Yeni Müsavat" qəzeti aparır.

İkram İsrafil isə Cəmil Həsənlinin bu açıqlamasına cavab olaraq qarşı tərəfin proseslərdən çəkilməli və tarixi araşdırmalar aparmalı olduğunu deyib: "Bundan sonra Cəmil müəllim, bu prosesdən çəkilməli və tarixçi kimi öz missiyasına qayıtmalı, Azərbaycan tarixinin araşdırılması ilə məşğul olmalıydınız".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə