Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov Milli Şurada separatçılıq meyllərinin olduğu haqda iddia irəli sürüb. SİA-nın məlumatına görə, Milli Şuranın 16 yanvar sessiyasında iştirak edən və bir sıra məsələlərdə sərt etirazları ilə yadda qalan Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMP) sədri Hacıbaba Əzimov bildirib ki, quruma separatçı tərəfləri cəlb edən "El" Hərəkatının sədri Eldar Namazovdur.
O, xüsusilə "Azəri-Talış" Birliyinin sədri Mehdibəy Səfərovun adını çəkərək, onun keçmişini xatırladıb: "Mehdibəy Səfərov kimi adamın Milli Şurada təmsil olunması böyük biabırçılıqdı. Bilirsiniz ki, o, Milli Şuraya "El" Hərəkatının xətti ilə gəlib. Rüstəm İbrahimbəyova hörmətimiz var, amma o, siyasət aləmində nə baş verir, bilmir. Eldar Namazov milli mənafedən kənar şəxsləri Milli Şuraya gətirdi. Mehdibəy Səfərov "Talış Muğan Respublikası" yarananda, hələ ondan da əvvəl Talış Mədəniyyət Mərkəzinin sədrliyini ələ keçirmişdi. Əvvəlki sədr Novruzəli Məmmədov idi. İndi bu adam Novruzəli Məmmədovu qəhrəman kimi qələmə verir. Amma onun vəzifəsini ələ keçirəndə Məmmədovu düşmən elan etmişdi. Nə üçün? Ona görə ki, o zaman Məmmədov talış separatçılarına qoşulmadı və "Talış Partiyası"nın nizamnaməsini də "Talışi Sədo" qəzetində çap etmədi. Bu məsələlərə görə ona düşmən kəsildilər. Mehdibəy Səfərov Əlikram Hümbətova yaxın olub, bu gün də onu müdafiə edir. Mən də bu sözləri dediyimə görə əleyhimə yalan, böhtan, şərəfsizcəsinə ittihamlar yağdırdılar."
VAMP sədri hazırda da Milli Şura tərkibində milli dövlətçilik maraqlarını satanların olduğunu iddia edib: "Dəfələrlə təşkilatçılara demişəm ki, Milli Şuranın adına layiq olmayan adamları gətiriblər. Bəli, demişəm ki, Milli Şuranın daxilində xarici kəşfiyyata işləyən adamlar var. Bu gün də deyirəm...Bunlar min sifətə girirlər. 1992-ci ildə partiyanı yaradanda Lənkəran Dövlət Universitetinin rektoru idim. Həmin vaxt görürdüm ki, bunlar cənub bölgəsində nə oyundan çıxırlar. Bunların qarşısını almaq üçün partiyanı yaratdım və adını da Vahid Azərbaycan Milli Birlik Partiyası qoydum. Bu insanlar Azərbaycanı parçalamaq istəyirdi."
Hacıbaba Əzimov Milli Şuranın təməldən yanlış qurulduğunuiddia edirb: "Şuranı 3 nəfər yaratdı: Eldar Namazov, Əli Kərimli və İsa Qəmbər. Bunlar da özlərinə kvota müəyyən etdilər. 15-20 nəfər adamı Milli Şuraya daxil etdilər. "El" Hərəkatında kim var ki? Olanlar da Milli Şuraya gəldilər. Bu sistem əvvəldən düzgün qurulmadı".
Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB