Asəf Hacıyev: “Azərbaycanın anti-terror təşkilatında iştirakı NATO və Qərb tərəfindən yüksək qiymətləndirilir” AÇIQLAMA

Asəf Hacıyev: “Azərbaycanın anti-terror təşkilatında iştirakı NATO və Qərb tərəfindən yüksək qiymətləndirilir” AÇIQLAMA

"Ümumiyyətlə, Belçikanın paytaxtı Brüssel elə bir şəhərdir ki, orada bir çox beynəlxalq təşkilatların mənzil qərargahı yerləşir. Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin də Brüssel səfəri çərçivəsində NATO-nun baş katibi Anders Foq Rasmussen və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə keçirdiyi görüş ölkəmiz üçün bir çox uğurlu nəticələrlə yadda qaldı". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev dövlət başçısı İlham Əliyevin Brüssel səfəri çərçvəsində əldə olunan uğurlar haqqında danışarkən deyib.

Asəf Hacıyevin sözlərinə görə, Prezident bu görüşlərdə ölkəmizin anti-terror təşkilatında iştirakını bir daha təsdiq edib: "Azərbaycanın anti-terror təşkilatında iştirakı həm NATO-nun, həm də Qərb tərəfindən çox yüksək qiymətləndirilir. Təbii ki, bu da o deməkdir ki, Azərbaycanın apardığı siyasət müasir tələblərə, eyni zamanda xalqımızın maraqlarına cavab verir. Digər tərəfdən isə bu, ölkəmizin milli maraqlarını əks etdirir və dövlətimizin inkişafına yönəldilib.

Ümumiyyətlə, Azərbaycan tək Belçika dövləti ilə deyil, eləcə də Qərblə əməkdaşlığa daha çox üstünlük verir. Azərbaycanın burada əsas məqsədi Qərbin inkişaf etmiş ölkələri sırasına daxil olmaqdır. Təbii ki, bunun üçün də Qərblə sıx əməkdaşlıq etmək lazımdır. Ölkəmiz isə bunun öhdəsindən uğurla gəlir. Hətta cənab Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanda keçid dövrü başa çatıb. Bu o deməkdir ki, artıq ölkəmizin hədəfləri dəyişib".

Bütün xəbərlər Facebook səhifəmizdə