Araz Əlizadə: “ “Milli Şura” kimi koordinasiya etmək istəyir?” AÇIQLAMA
"Radikal müxalifət istər "Koordinasiya Şurası", istərsə də digər bu kimi qurumlar yaratsın, bunların onlara heç bir faydası olmayacaq". Bunu SİA-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.
Partiya sədrinin sözlərinə görə, "Milli Şura" ölü doğulmuş qurumdur: "Axı onlar kimi koordinasiya edəcəklər? Bəlkə onlar əli- ayağı olmayan bir uşağı koordinasiya etməyi düşünürlər? Radikal müxalifət həm əqli, həm də fiziki cəhətdən şikəstdir".
A. Əlizadə xarici ölkə diplomatlarının Azərbaycanın daxili və siyasi işlərinə qarşıması məsələsinə də toxunub: "Mən bu kimi addımları çox mənfi hal hesab edirəm. Qərb ölkələri demokratiyadan danışırlar, amma özləri bu subardinasiyanı kobud şəkildə pozurlar. Əgər Amerika Birləşmiş Ştatlarının (ABŞ) kəşfiyyat orqanları Almaniya Federativ respublikasının kanslerinin telefon danışıqlarını dinləyirsə və yazırsa, bu zaman hansı demokratiyadan danışmaq olar?"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB