Sultan Əzimzadə: “Azərbaycan xalqı sübut etdi ki, o öz azadlığına qovuşmağa layiqdir” AÇIQLAMA

Sultan Əzimzadə: “Azərbaycan xalqı sübut etdi ki, o öz azadlığına qovuşmağa layiqdir” AÇIQLAMA

"20 Yanvar hadisələri ilə bağlı orta ümumtəhsil məktəblərində, ali təhsil ocaqlarında şagird və tələbələrlə görüşlər təşkil edəcəyik". Bunu SİA-ya "20 Yanvar" Cəmiyyətinin sədri Sultan Əzimzadə deyib.

"Biz 20 Yanvar hadisələrinin bir növ təbliği ilə məşğul oluruq. Cəmiyyətin əsas fəaliyyəti 20 Yanvar hadisələrinin təbliği eyni zamanda bu hadisələr zamanı şəhid olmuş insanların ailə üzvlərinə, əlillərin sosial problemlərinin həllində onlara yardım olmaqdır.

200 ildən artıq idi ki, Azərbaycan torpaqları Rusiya imperiyasının əsarəti altında idi. Müəyyən zamandan sonra isə Azərbaycan xalqı zaman-zaman öz azadlıq mübarizəsinə qalxdı. 1990-ci ildə baş verən hadisələr isə 1988-ci ildən cərəyan edən hadisələrin pik nöqtəsi idi. Ölkə xalqı bununla bir daha sübut etdi ki, o öz azadlığına qovuşmağa layiqdir. Sonradan isə məlum oldu ki, Gürcüstanda, Azərbaycanda və Baltikyanı ölkələrdə baş verən hadisələr Sovetlər İttifaqının onurğa sütununu sındırdı. Bununla da Sovet İttifaqının dağılmasının təməli qoyuldu. Bu mübarizə nəticəsində Azərbaycan dövləti ilə bərabər Sovetlər İttifaqında olan qeyri-millətlər də öz müstəqilliyinə qovuşdu" - deyə, Cəmiyyət sədri sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə