“Əli Kərimli ilə İsa Qəmbərin xəyanətlərini sübut etməyə hazıram” AÇIQLAMA

“Əli Kərimli ilə İsa Qəmbərin xəyanətlərini sübut etməyə hazıram” AÇIQLAMA

"İstər AXCP sədri Əli Kərimli, istərsə də Müsavat başqanı İsa Qəmbəri və onun ətrafındakılar ümumiyyətlə siyasətçi deyillər. Məhz elələrinə görə, bəzən siyasəti mənfi qələmə verirlər". Bu sözləri SİA-ya açıqlamasında Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, siyasət bütün sahələrin və peşələrin şahıdır. Birlik sədri vurğulayıb ki, pis müəllim olmaqla 100-lərlə şagirdin savadsızlığına, pis həkim olmaqla onlarla insanın ölümünə, pis mühəndiz binanın pis görkəm almasına səbəb ola bilərsə, pis siyasətçi bütün cəmiyyəti uçuruma apara, məhv edə bilər: "Siyəsətlə məşğul olmaq həttindən artıq məsuliyyət və ciddilik tələb edir. Lakin Əli Kərimli kimi siyasətdən uzaq olan insan meydana atılaraq özünü siyasətçi kimi göstərməyə cəhd edir. Sözügedən insanların heç birində açıq siyasət olmayıb. Onların siyasəti ikiüzlülüyə, riyakarlığa dosta xəynətə, cəmiyyətə zərər vuraraq mənfəət qazanmaq kimi arqumentlərə əsaslanır".

T.Novruzov bildirib ki, Əli Kərimli və İsa Qəmbər məsuliyyətsiz adamlardır: "Bu insanlar ümumiyyətlə məsuliyyət hissindən uzaqdadırlar. Bacarmadıqları işi öhdələrinə götürməyin məsuliyyətini dərk etmirlər. Bir ailəni idarə etməyi bacarmayan insanlar, 20 ildir ki eyni siyasət həyata keçirərək, liderik uğrunda mübarizə aparırlar. Bu həqiqətən də çox gülüncdür. Vəzifə, gözəl otaq, kreslo, yanında rənbərəng telefon, arxada istirahət otağı, selektr aparatı vasitəsilə verilən tapşırıqların idarə olunmasından ibarət deyil. Lakin onlar vəzifəni bu cür xarakterizə edirlər. Düşünmürlər ki, bu kürsünün arxasında cəmiyyəti idarə etmək məsuliyyəti də var. Adama sual verərlər ki, vəzifədə olarkən ondan istifadə edib yaratdığın bir partiyanı biyabırçı kökə salan insana xalq etimad göstərərmi? Əli Kərimli ümumiyyətlə heç kəs olub. O intellektual gəncləri partiyaya cəlb edən bir şəxs idi. Sonradan partiyanın içərisində "Yurd" qanadını inkişaf etdirərək, onu yaradanların hamısını oradan kənarlaşdırıb və nəticədə qurumu biyabırçı vəziyyətə gətirib çıxarıb".

Yaratdıqları toplumda özlərinin mənafelərini hər şeydən üstün tutduqlarını deyən T.Novruzov həmçinin söyləyib ki, istər Əli Kərimli, istər də İsa Qəmbər müstəqil fəaliyyət göstərən insanlar deyil: "Onların hər biri xarici qüvvələr tərəfindən idarə olunurlar. Nə İsa Qənbər, nə də Əli Kərimli xalqı üçün heç nə etmək niyyətlərində deyillər. Onlar ABŞ, Rusiya və Avropa ölkələrindən idarə olunan insanlardılar. Bir az əvvəl xarici qüvvələr Müsavat başqanına dedi ki, "Milli Şura"ya daxil ol oldu, bu gün isə deyirlər ki, çıx yoxsa haqqın kəsiləcək. O da tez çıxdı. Onlara yalnız pul lazımdır. Bu cür insanların ölkəmizdə hakimiyyətə gəlmələri məsələsi gülünc iddiadan başda bir şey deyil. Azərbaycan xalqı yaxşını pisdən ayırmağı bilən xalqdır. Xalq ölkəmizdə gedən inkişafı görə-görə Əli Kərimli kimi dağıdıcı bir insanı dəstəkləyərmi? Bir ilin içərisində Azərbaycanı viran qoymuşdular. Onlar çox gözəl bilirlər ki, xalq onları heç bir zaman hakimiyyətə gətirməyəcək. Bu insanlar Azərbaycan dövlətinə, iqtidarına xarici qüvvələrin hansısa bir variantda Azərbaycandan nəsə qopartmaq istəklərinə xidmət edirlər. Dolayısı ilə onlar Azərbaycan xalqına, dövlətçiliyinə xəyanət edirlər. Onların xəyanətlərini sübut etməyə hazıram. Bunun üçün kifayət qədər faktlar da var".

Bütün xəbərlər Facebook səhifəmizdə