2013-cü ildə Ermənistanı tərk edənlərin sayı açıqlandı 891 786 nəfər
2013-cü ildə Ermənistanı tərk edənlərin sayı açıqlandı. Bu haqda SİA Ermənistanın "Sla.am" saytına istinadən xəbər verir.
Erməni saytı bildirir ki, ötən il İrəvan şəhərinin "Zvartnots" aeroportundan indiyə qədər cəmi 861 710 nəfər adam gedib. Ondan əlavə Ermənistanın Gümrü şəhərinin "Şirak" aeroportundan 30 076 nəfər ölkəni tərk edib.
Nəticə etibarilə 2013-cü ildə Ermənistanı ümumilikdə 891 786 nəfər tərk edib.
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB