Partiya sədri: “Əli Kərimli terror etmək vərdişlərini dəyişmir” AÇIQLAMA

Partiya sədri: “Əli Kərimli terror etmək vərdişlərini dəyişmir” AÇIQLAMA

"Bu gün müxalifət "lider"ləri istefaya getməlidirlər. Artıq 20 ildən çoxdur ki, partiyaların başında dayanan bu "lider"lər heç bir inkişafa nail ola bilməyiblər". Bu sözləri SİA- ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, Əli Kərimlinin yanındakı adamlar dəstə-dəstə dəyişir, amma bu güruhun kursu, mübarizə üsulları, rəqiblərinə terror etmək vərdişləri dəyişmir: "Onun tərəfini tutanlar zaman-zaman gerçəyi anlayır, yanlış yolda olduqlarını, aldandıqlarını başa düşür və ayrılıb gedirlər. Bu da ondan qaynaqlanır ki, Əli Kərimli partiyasını yalnız öz şəxsi maraqlarına uyğun idarə edir. Artıq radikal müxalifət partiyadaşlarının çoxu açıq-aşkar onlara get deyirlər. Belə ki, partiya üzvləri qurumun daxilində yeni partiya quruculuğu, daxili məsələlərdə islahatlar aparmaq istəyirlər. Amma "lider"lər buna imkan vermir və hər dəfə fikri başqa məcraya yönəldirlər".

M. Səfərli vurğulayıb ki, ötən il ölkəmizdə keçirilən prezident seçkisində böyük məğlubiyyətə uğramasına baxmayaraq, radikal müxalifət getmək əvəzinə bir-biri ilə didişməyə üstünlük verir: "Onlar bu cür addımlarla ictimaiyyətin diqqətini uğursuzluqlarından yayındırıb, etdikləri qalmaqallara cəlb etməyə çalışırlar. Hesab edirəm ki, həmin partiyalarda demokratiya yoxdur. Əgər demokratiya olsa idi, radikal müxalifət başqanları elə ilk seçkidə məğlubiyyətə uğradıqdan dərhal sonra istefa verərdilər. Amma onlar 20 ildir ki, öz qoltuqlarından əl çəkmirlər. Bu bir daha onu göstərir ki, radikal müxalifət partiyaları fəaliyyətlərini öz şəxsi ambisayaları əsasında qururlar. Bu cür partiyalar da heç bir zaman inkişaf olmur, əksinə cəmiyyət üçün əngələ çevrilirlər".

"Yeni Müsavat" qəzetində AXCP sədri Əli Kərimlinin hakimiyyət hərisliyi, riyakarlığı mənfəətpərəstliyi və digər eybəcərlikləri ilə bağlı yazılan fikirlərə gəlincə, M. Səfərli vurğulayıb ki, əgər Əli Kərimli həqiqətən də belə olmasaydı, o zaman onun ətrafından olanlar onu tərk edib getməzdilər: "AXCP və Müsavat arasında qurumlar harada təsmil olunmasına baxmayaraq sonu parçalanma ilə nəticələnir. Təbii ki, bu da onların xarakter və ambisilayarından irəli gəlir. Onlar öz məqsədlərinə çatmaq üçün ən iyrənc metodlardan belə çəkinmirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə