Araz Əlizadə: “Bu saxtakarlığın başında isə İsa Qəmbər dayanırdı” AÇIQLAMA

"Axı Cəmil Həsənli kim idi ki, nəyinsə də qarşısını ala bilsin?"
Araz Əlizadə: “Bu saxtakarlığın başında isə İsa Qəmbər dayanırdı” AÇIQLAMA

"Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və digərləri Azərbaycan Xalq Cəbhəsindən (AXC) çıxmış siyasət peşkalarıdır. Həmin dövrdə də AXC-nin bünövrəsi nəs qoyulub". Bunu SİA-ya Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə radikal müxalifətin daxilində baş verən çaxnaşmalara münasibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, hətta AXC-nin keçirildiyi təsis konfransı belə saxtakarlıqlarla yadda qalıb: "Bu saxtakarlığın başında isə İsa Qəmbərov dayanırdı. Həmin saxtakarlıq nəticəsində Əbülfəz Əliyev AXC-nin sədri seçildi. Bu insanların əməllərində o vaxtdan bu günə qədər heç bir düzlük olmayıb. Bu mənada hesab edirəm ki, "Milli Şura"nın dağılması, parçalanması boş-boş söhbətlərdir. Çünki onlar heç vaxt bir yerdə olmayıblar. Cəmil Həsənlinin - Yusif Sərracın 2013-cü ilin 9 oktyabrında ölkəmizdə keçirilən seçkilərdə prezident kimi namizədliklərini irəli sürməsinin başlıca məqsədi havadarlarına özlərini göstərmək idi. Bu mənada radikal müxalifət 9 oktyabrda ən cılız, ən zəif namizədini irəli sürdü. Bunlara baxanda insanın sadəcə gülməyi gəlir. Baxın, 9 partiya, 100-ə yaxın qeyri-hökümət təşkilatının namizədi heç 6 faiz səs toplaya bilmədi. Axı Cəmil Həsənli kim idi ki, nəyinsə də qarşısını ala bilsin? Bir sözlə, radikal müxalifət hələ də özünü gülünc vəziyyətə qoymaqda davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə