Vəfa Quluzadə: “Rəsmi Moskva işğalçı ölkədən bir alət kimi istifadə edir” AÇIQLAMA
"Rəsmi Moskva Ermənistanı işğal edib və öz hegemonluğunu burada da davam etdirir". Bunu SİA-ya politoloq Vəfa Quluzadə ermənilərin 2023-cü ilə kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonu olduğu kimi saxlamaq barədə sərsəm fikirlərinə münasibət bildirərkən söyləyib.
"Məsələ ondan ibarətdir ki, Ermənistan tərəfi Rusiyanın girovuna çevrilib. Onların əsas problemi də məhz bundan ibarətdir. İşğalçı ölkə yaşamaq üçün gərək Rusiyanın şərtlərindən imtina etsin. Görünür, Ermənistan tərəfi Rusiyanı itirmək qorxusu ilə bu kimi sərsəm bəyanatlar səsləndirir. Ermənistan dövləti birmənalı olaraq Rusiya imperiyası tərəfindən işğal olunub. Beləcə, rəsmi Moskva işğalçı ölkədən bir alət kimi istifadə edir. Hətta bu Azərbaycanın, eləcə də tarixdə Türkiyənin əleyhinə istifadə olunub. Bu mənada hesab edirəm ki, məsələ daha qəliz xarakter almağa başlayıb" – deyə, poltoloq sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB