Rauf Arifoğlu: “Cəbhəçilərin ağlı ora qədər işləyir”

Rauf Arifoğlu: “Cəbhəçilərin ağlı ora qədər işləyir”

"AXCP mənə qarşı səlib yürüşünə başlayıb. Heç bir səbəb olmadan istədiklərini deyir, ittihamlarını yağdırırlar". Bu fikirləri SİA-ya açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu son günlər AXCP rəhbərliyinin Müsavat Partiyası rəhbərliyinə, eləcə də "Yeni Müsavat" qəzetinə qarşı səsləndirdikləri kəskin fikirlərə münasibətini bildirərkən söyləyib.

Baş redaktor AXCP ilə bağlı fikir bildirməkdən çəkinərək bunu cəbhəçilərin ona qarşı növbəti geniş kampaniya apara biləcəyindən ehtiyat etməsi ilə əlaqələndirib: "Əgər onlar düşünürlərsə ki, "Yeni Müsavat" AXCP-yə qarşı kampaniya aparır, deməli onların ağlı ora qədər işləyir".

Rauf Arifoğlu son olaraq onu da qeyd edib ki, bundan sonra cəbhəçilərin hər hansı qeyri-ciddi fikirlərinə görə, jurnalistlərə açıqlama verməyəcək.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə