“Sənayenin inkişafı iqtisadiyyatımızın inkişafına da böyük təsir edəcək”
"Ölkə başçısı İlham Əliyev hər ili diqqəti bir sahəyə yönəldir ki, o sahə daha güclü şəkildə inkişaf etsin. Məhz bunun nəticəsidir ki, 2013-cü il İKT ili çərçivəsində ölkəmiz bu sahədə çox böyük uğur və yeniliklərə imza atıb". Bu sözləri SİA-ya Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət başçısının 2014-cü ili "Sənaye ili" elan etməsi məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, 2014-cü ilin "Sənaye ili" elan edilməsi o deməkdir ki, bu il sənaye sahəsinə xüsusi diqqət göstəriləcək." Sənaye sahəsi ölkə iqtisadiyyatının mühüm hissəsi sayıldığından bu sahənin inkişafı ölkə iqtisadiyyatımızın inkişafına da böyük təsir edəcək. Sənaye sahəsinə çox geniş bir sahədir. Belə ki, bura hərbi, müdafiə, maşınqayırma, yüngül və agır sənaye, tikinti, zavod, fabrik və digər sahələr daxildir. Bütün bu sahələrin inkişafı ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. 2014-cü ildə bütün bu sahələrin yüksək inkişafı naminə böyük işlər görüləcəyini hər birimiz görəcəyik".
Ölkəmizdə sənaye sahəsində görülən işlərə toxunan millət vəkili söyləyib ki, son 10 il ölkəmizdə inkişaf edən sahələrin içərisində sənaye sahəsinin də xüsusi yeri var: "Ölkə başçısının rəhbərliyi altında sənayenin inkişafında böyük uğurlar qazanılıb. Bu sahənin inkişafı naminə çoxsaylı layihələr, proqramlar həyata keçirlib. Bu və ya digər sahələrdə əldə etdiyimiz nailiyyətlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 2014-cü il nəinki sənaye, həmçinin digər sahələrin də inkişafında yadda qalan bir il olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB