Latviya Seyminin deputatı: “Afinanın birja indeksi 7.7% artaraq, 8 ayda ən yüksək nəticəni göstərib” EKSKLÜZİV
"Afina birjasındakı vəziyyəti şərh etmək bir az çətindir". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Latviya Seyminin deputatı Boris Tsilaviç Avropa İttifaqına üzv olan bir sıra dövlətlərdə fond birjalarının indekslərinin birdən artmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Afinanın birja indeksi 7.7% artaraq, 8 ayda ən yüksək nəticəni göstərib: "Lakin buna baxmayaraq, Afina birjasında baş verənləri müakirə etmək çətindir. Xüsusən də, Yunanistan iqtisadiyyatı üçün bu cür acınacaqlı bir situasiyada".
Boris Tsilaviçin sözlərinə görə ümumiyyətlə Aİ-yə üzv olan bir sıra dövlətlərin birja indekslərindəki bu cür sıçrayış adi iqtisadi tərədüddür: "Birja bazarındakı iqtisadi sıçrayış bir çox faktorlarla özünü biruzə verə bilər. Misal üçün böyük ehtimalla, bu situasiya sadəcə bazarda baş verən hər hansı bir hadisələrə qarşı bir reaksiya ola bilər. Bazarda yeni iqtisadi oyunçuların peyda olması, yeni resursların aşkar edilməsi ya da zəngin təbii sərvətləri olan ölkələrdəki siyasi dəyişiklikdən asılı ola bilər. Bunlar hamısı birja bazarındakı sıçrayışa bilavasitə təsir göstərən amillərdir.
Digər tərəfdən də bu "öküzlər" və "ayılar" (yüksəliş və eniş) arasında bilərəkdən qurulmuş iqtisadi oyun ola bilər. Birjadan peşəkarcasına qazanc əldə edə bilən ölkələr üçün bu həqiqətən də inkişaf sayıla bilər".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB