Millət vəkili Giresunun fəxri vətəndaşı adı ilə təltif edilib

Millət vəkili Giresunun fəxri vətəndaşı adı ilə təltif edilib

Giresun Bələdiyyə Məclisi millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü,dr. Qənirə Paşayevaya Giresunun fəxri vətəndaşlığının verilməsi barədə qərar qəbul edib. SİA-nın məlumatına görə, qərar Məclisin bütün üzvlərinin səs birliyi ilə qəbul olunub.

Giresun bələdiyyə başqanı Kerim Aksu məclisin ilk iclasında bələdiyyə məclisinin üzvü Ömer Cinel tərəfindən bununla bağlı irəli sürülən təşəbbüsünü qəbul edərək məclisin gündəliyinə salıb. Bələdiyyə məclisinin üzvü Ömer Cinel millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın Türkiyəni, xüsusilə Giresunu fəxri elçisi olaraq hər zaman tanıtdığını və təbliğ etdiyini vurğulayaraq, Qənirə Paşayevanın Giresunun fəxri vətəndaşı adı ilə təltif edilməsini təklif edib.

O, Giresun Universitetinin rektoru prof.Dr.Aygün Attarın dəvəti ilə tez-tez Giresuna gələn millət vəkili Qənirə Paşayevanın Aygün Attara ithafən yazdığı və Giresunu anlatdığı "Bir dost ilə sevdim səni ...Giresun" başlıqlı yazısı ilə, Giresunda tez-tez verdiyi konfranslar və iştirak etdiyi tədbirlərdə çıxışları ilə və hər yerdə Giresunu sevgi ilə anlatması, tanıtması və təbliğ etməsi ilə hər kəs kimi Giresun bələdiyyəsi üzvlərinin və Girəsunluların rəğbətini qazandığını deyib. Giresun bələdiyyə başqanı Aksu Qənirə Paşayevanın "Bir dost ilə sevdim səni Giresun" başlıqlı yazısından təsirləndiyini və bölgəmizi hər fürsətdə tanıtdığını dilə gətirib.

O, dost və qardaş ölkə Azərbaycanın millət vəkili olan Qənirə Paşayevanın bölgəmizə olan və hər fürsətdə dilə gətirdiyi sevgisini təqdir etdiklərini vurğulayıb.

Giresun Bələdiyyə Məclisi Azərbaycan millət vəkili Qənirə Paşayevanı Fəxri vətəndaşımız elan edərək Fəxri Vətəndaşlıq Fərmanı ilə təltif edilməsi qərarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə