"Azərbaycanda yaranan müxalif birliklərin böyük əksəriyyəti seçkilər üçün yaranır. Lakin bu kimi birləşmələrin ömrü uzun olmur. Onlar tez bir zamanda iflasa uğrayaraq sıradan çıxır". Bu sözləri SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov "Milli Şura"nın daxilində baş verən hadisələrə münasibət bildirərkən deyib.
"Milli Şura"nın ötən il ölkəmizdə keçirilən seçkilər üçün hesablandığı ilə bağlı səslənən fikirlərə toxunan Ə. Orucov söyləyib ki, qurum yarananda onun yalnız seçkilər üçün yarandığı söylənilmirdi: " "Milli Şura" yarananda orada toplaşan partiyalar toplumun təkcə seçki üçün deyil, bir çox hədəflərə hesablandığını vurğulayırdılar. Lakin bir müddətdən sonra xarici qüvvələr tərəfindən yaradılan bu layihənin uğursuz olduğunu hamı gördü və bundan sonra onun seçki üçün hesablanması ilə bağlı fikirlər səsləndirilməyə başlandı".
AMİP Mərkəzi Şurasının üzvü vurğulayıb ki, "Milli Şura" liderlərini qıcıqlandıran əsasa məsələ planlaşdırdıqları, xəyal etdikləri mərhələlərə çata bilməmələridir: "Ona görə də iflasa uğrayan "Milli Şura"ya daxil olan partiyalar qurumu tərk etməyə qərar verdilər. Şura parçalanmasına baxmayaraq, hələ onunla bağlı müəyyən nikbin fikirlər sələndirməyə çalışırlar. Lakin onun taleyi əvvəlcədən məlum idi. Bu qurum seçkidən əvvəl öz taleyini yazmışdı. Nəticədə də onun iflası ilə yekunlaşdı. "Milli Şura" bundan sonra heç bir fəaliyyət göstərə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB