Mübariz Əhmədoğlu:"2014-cü ili Dağlıq Qarabağ məsələsində uğurlu il adlandırmaq olar"

Mübariz Əhmədoğlu:"2014-cü ili Dağlıq Qarabağ məsələsində uğurlu il adlandırmaq olar"

2014-cü ilin Dağlıq Qarabağ məsələsində uğurlu il adlandırmaq olar. SİA-nın məlumatına görə, bu sözləri Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri,politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən mətbuat konfransında deyib.

Ötən ilin vacib hadisələrindən danışan politoloqun sözlərinə görə, bunlardan biri İranın nüvə danışıqlarındakı mövqeyində tormozlonma yaranıb:" Buna səbəb Qərb mətbuatında İranın ali dini liderinin 95 milyard vəsaitinin olması ilə bağlı məlumatın yayılmasıdır. İrandan bu məsələyə təkzib gəlmədi. İranla Qərb arasında gedən söhbətlərin Azərbaycana da təsiri var. Bu da antirusiyaçılıq məsələsidir".

İranın Ermənistanda hədsiz gücə malik olduğunu dilə gətirən M.Əhmədoğlu söyləyib ki, Ermənistandakı ekspertlər vasitəsilə İran çox güclü antirusiyaçılıq yaradıb: "İran eksperti bildirib ki, Qafqazın 17 vilayəti İranın olub, indi isə Rusiya tərəfindədir. İran Azərbaycanın ərazi bütövlüyünü Hatəminin dövründə tanıyıb. İndi İranda elə bir bəyanat yoxdur ki, İran orda Azərbaycanın ərazi bütövlüyünü tanısın. İran bir növ Ermənistanın tərəfin saxlayır".

Politoloq onu da qeyd edib ki, ABŞ-ın Ermənistan üzrə siyasəti şübhə mənbəyidir və şübhə yaradan məsələlərdən biri də ABŞ-ın Dağlıq Qarabağ siyasətidir".

Bütün xəbərlər Facebook səhifəmizdə