Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra təşkilata qarşı AXCP tərəfindən artan ittihamlar siyasi qurumun moratorium qəbul etməsi ilə nəticələnib. SİA-nın verdiyi məlumata görə, adıçəkilən partiyası ittihamlara birətərəfli qaydada moratorium qoyulması haqqında bəyanatla çıxış edib. Moratoriumda bildirilir ki, Müsavat Partiyasının mövqeyi bəzi siyasi qüvvələr tərəfindən adekvat qarşılanmadı: "Müsavat Partiyasının müttəfiqlik barədə saziş imzalamağı təklif etdiyi bəzi siyasi qüvvələr belə münasibətlərin qurulmasından imtina etməklə yanaşı, Müsavat Partiyasına qarşı böhtan və təhqir kampaniyasının yeni mərhələsinə start verməsi Müsavat Partiyası və AXCP arasında münasibətlərin gərginləşməsinə şərait yaradır. Müsavat Partiyasına qarşı təhqir və böhtanların sosial şəbəkədə və mətbuatda yer alması xüsusilə yolverilməzdir".
Qeyd edək ki, AXCP rəsmiləri Müsavat Partiyasını hakimiyyətlə iş birliyi qurmaqda ittiham edib və Müsavat tərəfi bu ittihamları rədd edərək bunu absurd iddia olduğunu sözügedən moratorium bəyanatında bildirib: "Müsavat Partiyası haqqında yayılan böhtanlar içərisində guya partiyanın öz siyasi kursunu dəyişməsi, 2015-ci ildə keçiriləcək parlament seçkilərində mandat əldə etmək məqsədi ilə hakimiyyətlə separat danışıqlara getməsi kimi absurd bir iddianın irəli sürülməsi xüsusi ikrah hissi doğurur".
Sonda bəyanatda Müsavat Partiyasına qarşı həmin fikirlərə münasibət bildirməmək haqqında birtərəfli qaydada moratorium qəbul olunması bəyan edilib və qarşı tərəfin iddialarına münasibət bildirməmək tövsiyə olunub.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB