“Prezident İlham Əliyevin "İlin adamı" seçilməsi təsadüfi deyil” MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyasının (YAP) xarici əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyevin SİA-ya müsahibəsi
- Pakistanın nüfuzlu "Pakistan Observer"qəzeti Azərbaycan Prezidenti İlham Əliyevi "2013-cü ilin adamı" elan edib. Bunu necə qiymətləndirirsiniz?
- Təbii ki, Pakistanın tanınan qəzeti tərəfindən ölkə başçının "2013-cü ilin adamı" seçilməsi Prezident İlham Əliyevə verilən yüksək qiymətdir. Ölkə başçısının bu ada layiq görülməsi heç də təsadüfi deyil. Ona görə ki, Azərbaycan Prezidenti dünyada böyük nufuza malikdir. Bu, ilk hadisə deyil. Bilirsiniz ki, ötən il ölkə başçısı Asiyanın tanınan jurnalı tərəfindən də "İlin adamı" adına layiq görülmüşdü. Ölkəmizdə prezident seçkiləri keçirildi və bu seçkidə xalqımız birmənalı olaraq öz səsini Prezident İlham Əliyevə verdi. Seçkilərdən sonra Hindistanın digər nüfuzlu "Sakit Okean və Ərəb Dənizinin Səsi" adlı jurnalı da ölkə başçısını "İlin Adamı" seçdi. Pakistanın nufuzlu qəzeti tərəfindən ölkə başçısının belə bir ada layiq görülməsi də təbiidir. Çünki, Azərbaycan Prezidenti gördüyü işlərə görə bu ada layiq görülüb.
Bütün bunlara baxdıqda "Pakistan Observer" qəzeti tərəfindən Prezident İlham Əliyevin "2013-cü ilin adamı" seçilməsi təsadüfi deyil. Pakistan aparıcı, nüvə silahına malik olan ən böyük müsəlman dövlətidir. Bu ölkənin nüvə silahına malik olması onun güclü olduğunu bir daha sübut edir. Bunun kökündə müharibə etmək durmur, əksinə ölkədə elmin yüksək səviyyədə olması dayanır.
Sözgüdən qəzet də ingilis dilində nəsr edildiyindən Qərb ölkələrində də yayılır. Belə bir qəzetin ölkə başçımızı "2013-cü ilin adamı" elan etməsi hesab edirəm ki, ilk növbədə ölkə başçısınıın gördüyü işlərə, nüfuzuna verilən yüksək qiymətdir. Azərbaycan kiçik dövlətdir. Bizim 9.5 milyon əhalimiz var. Amma buna baxmayaraq ölkə başçısımızın gördüyü işlər, həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz nəinki regionda, hətta dünyada aparıcı bir dövlətə çevrilib. Əldə etdiyimiz uğurlu inkişafın səsi artıq dünyanın müxtəlif guşələrindən gəlir.
- Dünyanın aparıcı ölkələrinin liderləri arasında prezident İlham Əliyevin adının çəkilməsi, gördüyü işlərin təqdir edilməsi, dünyaya çatdırılması bundan sonra ölkəmizə nələri vəd edir?
- Siyasət elə bir sahədir ki, orada ölçü vahidi yoxdur. Heç kimin fəaliyyətini ölçmək mümkün deyil. Ölçü vahidi dolayı yolla, müəyyən hadisələr vasitəsilə özünü göstərir. Ölkəmizdə keçirilən beynəlxalq konfranslar, tədbirlər, forumlar və digərləri ölkəmizin inkişaf ölçüsünü, dünya ölkələri tərəfindən ölkəmizə olan münasibəti ortaya qoyur.
Ötən il Bakıda Humanitar Forumun keçirilməsi və 13 nobel mükafatçısının ölkəmizə gəlməsi bizim üçün çox böyük bir tarixi hadisə idi. Forumda ölkəmizin böyük inkişafı xüsusilə qeyd olundu. Təbii ki, bütün bu inkişafın arxasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət dayanır. Bu siyasətin nəticəsidir ki, Azərbaycan müxtəlif beynəlxalq qurumlar, siyasi dairələr tərəfindən qəbul olunur. Ona görə ki, Azərbaycan bütün ölkələrlə münasibətlərini yüksək səviyyədə qurmağa çalışır. Yeni Azərbaycan Partiyasının fəaliyyətinə də nəzər salsaq, partiyamızın həm Asiyada, həm Avropada, həm də digər qitələrlə yüksək nüfuza malik olduğunu görə bilərik.
- 2013-cü ildə Yeni Azərbaycan Partiyası hansı uğurlara imza atdı?
- YAP müxtəlif qurumların üzvüdür. Partiyamız Asiya Siyasi Partiyaların Beynəlxaq Konfransı Təşkilatına üzvdür. Burada 300 dən artıq siyasi partiyalar təmsil olunur. Orada həm iqtidar, həm də müxalifət partiyaları yer alıb. Lakin həmin təşkilatda 22 aparıcı partiya var ki, onlardan da biri YAP-dır. Təşkilatın VII Baş Assambleyası ölkəmizdə keçirildi. Asiyanın müxtəlif ölkələrini təmsil edən 200-dən çox siyasi xadim həmin Assambleyada iştirak edirdi. Bütün bunlar YAP-ın nüfuzunun təsdiqi idi. Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayır. YAP Asiya ilə yanaşı Avropa ilə sıx münasibətləri var. Bütün bunlar partiyamızın nüfuzunun göstəricilərdir. YAP artıq oturuşmuş siyasi bir qurumdur Onun fəaliyyətinin uğurlu nəticəsi odur ki, partiyanın sədri artıq 10 ildir ki, ölkəyə rəhbərlik edir və ölkəmizin inkişafı naminə uğurlu, davamlı siyasət həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB