Elşən Musayev: “Uzaq Gürcüstana, İbrahimbəyovun pişvazına gedən İsa Qəmbər deyildimi?”
Müsavat Partiyasının hazırki durumu və davranışı mənə çox məhşur bir əhvalatı xatırlatdı: "Demək bir gün 6 aylıq uşaq durmadan ağlayır və onu heç cür susdura bilmirlər. Ağzına əmzik verirlər dayanmır, bələkdə yelləyirlər kirimir, yemək yedirdirlər , yenə bağırtısı kəsmir. Və... ən sonda məlum olur ki, demə ortalıqda heç bir səbəb-filan yoxmuş. Bu elə ağlamaq istədiyindən ağlayırmış. Ağlamaq ona xoş gəldiyi üçün ağlayırmış. Və nəhayət, ağlamaq o yaşda uşağın adrenalini olduğu üçün ağlayırmış"- SİA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Müsavat Partiyasının "Milli Şura"dan ayrılma qərarına münasibət bildirərkən söyləyib.
"Əvvəl-əvvəl "Müsavat"və "Yeni Müsavat"çılar "Milli Şura"nın tam birlik olmadığını iddia edirdilər. Amma bir baxdıq ki, başqan - İsa Qəmbər anidən İbrahimbəyovun namizədliyini müdafiə edən öncüllərdən birinə çevrilib. Daha sonra gördülər fiasko yaxınlaşır – tez özlərinə əl qatdılar ki, İbrahimbəyov milli qüvvə deyil-filan...Hərçənd seçkidən öncə üzü Gürcüstana "N" qədər yolu qət edib, basa-basa , qaça-qaça İbrahimbəyovun pişvazına gedənlərdən biri də məhz elə həmin İsa Qəmbər olub. Daha sonra Rüstəm bəyin fəxri sədrliyi ilə bağlı təşkilat daxilində kritika yarandı – bu da"Müsavat"ın "gərgin" əməyinin nəticəsi idi. Və nəhayət.. indi də deyirlər təşkilatdan çıxırıq. Oysa, çıxacaqdınızsa 4 ay boyunca sərgilədiyiniz eksklüziv tamaşalar nə idi bəs? Və ya, gərək elə həmişə-harasa bomba qoyub çıxasız? Hamını bir-birinə vurub çıxasız?
Ümumiyyətlə hər şey bir yana... və yeri gəlmişkən: "Müsavat"niyə qurultayını keçirmir? – şəxsən mənim üçün bu sualın cavabı "Milli Şura"dakı olaylardan çox-çox daha maraqlıdır", – deyə politoloq fikirlərinə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB