Elman Abdullayev: “Azərbaycan vətəndaşları dünyanın 194 müstəqil dövlətindən 46-na vizasız səfər etmək hüququna malikdir" EKSKLÜZİV
"Azərbaycan dünyanın 194 müstəqil dövlətindən 46 dövlətə vizasız səfər edə bilər". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan vətənaşları keçmiş MDB dövlətlərinin 15-indən 12-nə vizasiz gedib-gələ bilirlər: "Eyni zamanda 13 Avropa ölkəsinə vətəndaşlarımız vizasız səfər etmək hüququna malikdir. Hər bir Azərbaycan vətəndaşının həm MDB, həm Avropa ölkələri ərazisində 30-90 gün ərzində vizasız yaşamaq hüququ da var".
E.Abdullayevin onu da qeyd edib ki, Azərbaycan vətəndaşlarının ərazisində ən az qalmaq hüququ Çinin xüsusi inzibati ərazisi olan Honq-Konqdur. Bu da cəmi 14 gün təşkil edir: "Bundan əlavə, Azərbaycan vətəndaşı 2 Afrika dövlətinə: Mərakeş və Liviyaya vizasız gedib hər iki dövlətdə 90 gün vizasız yaşamaq hüququna malikdir. Eyni zamanda vətəndaşlarımız Latın Amerikasının iki dövlətinə Braziliya və Argentinaya vizasız gedib-gələ biləcək. Həmçinin, Azərbaycan vətəndaşının 18 Asiya dövlətinə də vizasız getmək hüququ var".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB