Hafiz Hacıyev: “Qəmbərov İsa gündəmdə qalmaqdan ötrü gündə birinə ərə gedib-boşanır” AÇIQLAMA
"Çox təəssüflər olsun ki, Azərbaycanda hələ də Qəmbərov İsa, Kərimov Əli kimi millətinə, xalqına xəyanət edən satqınlar var. Qəmbərovun İsanın Milli Şurada olması və ya oradan çıxması nə əvvəl, nə də bu gün heç nəyi dəyişməyəcək". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev ənənəvi müxalifətin çaxnaşmalarına münasibət bildirərkən deyib.
"Bu insanların cəmiyyət arasında artıq heç bir nüfuzu qalmayıb. Bu gün ənənəvi müxalifət Azərbaycanda hakimiyyətə gəlmək uğrunda mübarizə aparacağını deyir. Axı bunlar kimlərlə ölkəyə rəhbərlik edəcək? 3-4 nəfər dırdır, satqın ortaya düşərək özlərini millətə, xalqa qayğıkeş kimi göstərməyə çalışırlar. Bir sözlə, onlar hələ də Azərbaycanda pozuculuq fəaliyyətini davam etdirmək istəyirlər. Hətta deyərdim ki, Qəmbərov İsa Milli Şuradan getməyi çoxdan arzulayırdı. Bunlar gündəmdə, siyasətdə qalmaqdan ötrü bir-birinə ərə gedib-boşanırlar. Qəmbərov İsa pis arvadlar kimi gündə biri ilə öpüşüb görüşür. Onların artıq erası bitib və alver işi ilə məşğul olmağa başlayıblar. Bunların gözləri Azərbaycanı istəməyən xarici havadarlarının ciblərində qalıb. Ənənəvi müxalifətin nə varlığı, nə də yoxluğu bilinmir.
Fikir verin, hələ bunlar öz ampulasında bildirirlər ki, 2015-ci ildə Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsini xarici dövlətlərin əli ilə baykot edəcəklər. Bəyəm Qəmbərov İsaya az pul verilib ki, o, bu cür sərsəm fikirlər səsləndirir? Bunlar sadəcə olaraq Azərbayan dövlətinin və xalqının üz qarasıdırlar" – deyə, Partiya sədri sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB